Qəzzadakı xərçəng xəstələri Türkiyəyə gətirilib

Qəzzadakı xərçəng xəstələri Türkiyəyə gətirilib

Bakı. TurkicWorld:

Qəzzadan bəzi xərçəng xəstələri və onların yoldaşlarını daşıyan iki təyyarə Türkiyəyə çatıb.

TurkicWorld xəbər verir ki, xəstələrin müalicəsi Bilkent Şəhər Xəstəxanasında davam etdiriləcək.

Məlumata əsasən, yol boyunca Türkiyədən gətirilən doqquz mütəxəssis həkim tərəfindən xəstələrin sağlamlıq vəziyyəti izlənilib. 27 xəstə təcili tibbi yardım maşını ilə Bilkent Şəhər Xəstəxanasına gətirilərək müalicələrinə başlanılıb.

Qeyd edək ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca 15 noyabr tarixində Qəzzaya göndərilən səhiyyə yardımının koordinasiyasını və Qəzzada xərçəng xəstələrinin Türkiyəyə gətirilməsini müzakirə etmək üçün Misirin paytaxtı Qahirəyə gedib.

X: Lamanasadli01