Xalid Əbdülqaffar Qəzzaya tibbi dəstəyinə görə Türkiyəyə təşəkkür edib

Xalid Əbdülqaffar Qəzzaya tibbi dəstəyinə görə Türkiyəyə təşəkkür edib

Bakı. TurkicWorld:

Misirin səhiyyə naziri Xalid Əbdülqaffar Qəzzaya tibbi dəstəyinə görə Türkiyəyə təşəkkür edib.

TurkicWorld xəbər verir ki, o, Qəzza zolağına tibbi yardımla bağlı türkiyəli həmkarı Fahrettin Koca ilə daimi ünsiyyətdə olduqlarını bildirib.

"Türkiyə Qəzza zolağına tibbi yardım göndərmək üçün Misirlə əlaqə saxlayan aparıcı ölkələrdən biridir. Misirin Ariş şəhərindəki xəstəxanalarda yaralıları müalicə edən türk həkimlər də var", - deyə o qeyd edib.

Bundan əlavə, Xalid Əbdülqaffar Qəzzaya kömək etmək üçün bütün maliyyə və insan resurslarını səfərbər edən Türkiyə ilə Misir arasında mükəmməl əməkdaşlığın olduğunu vurğulayıb və Misirin Qəzzada xərçəng xəstələri üçün göstərdiyi səylər barədə məlumat verib.

Qeyd edək ki, Qəzzadakı xərçəng xəstələri Türkiyəyə gətirilir. Qəzzadan çıxarılan xərçəng xəstələrinin bəziləri onlara qulluq edən insanlarla birlikdə Türkiyəyə aparılmaq üçün Əl Ariş Hərbi Hava Limanına yola çıxıb.

X: Lamanasadli01

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun