Səhhəti qənaətbəxş olan xəstələrin Qəzzadan Türkiyəyə gətirilməsi planlaşdırılır - Koca

Səhhəti qənaətbəxş olan xəstələrin Qəzzadan Türkiyəyə gətirilməsi planlaşdırılır - Koca

Bakı. TurkicWorld:

Səhhəti qənaətbəxş olan xəstələrin Qəzzadan Türkiyəyə gətirilməsi planlaşdırılır.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin səhiyyə naziri Fahrettin Koca Misirin səhiyyə naziri Əbdül Qaffarla Qahirədə keçirilən birgə mətbuat konfransında çıxışı zamanı deyib.

"Uşaqlar və xərçəng xəstələri əvvəlcə Qəzzadan Misirə, ikinci mərhələdə bəzi xəstələr təcili yardım təyyarəsi ilə Türkiyəyə gətiriləcək. Xəstələrin Rəfah sərhəd-keçid məntəqəsindən keçirilməsi ilə bağlı diplomatik fəaliyyətlər Türkiyə, Misir və İsrail rəsmilərindən ibarət sağlamlıq-koordinasiya qrupları tərəfindən həyata keçirilir", - deyə o bildirib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 11 min 78-ə çatıb.

X: Lamanasadli01