Son dəqiqə

Fələstin İsrail Alparslan Bayraktar Türkiyənin Energetika və Təbiii Sərvətlər Nazirliyi Qəzza

Qəzzada atəşkəs olmadan İsraillə heç bir enerji layihəsi müzakirə edilməyəcək - Alparslan Bayraktar

Bakı. AzerPress:

Qəzzada atəşkəs olmadan İsraillə heç bir enerji layihəsi müzakirə edilməyəcək.

AzerPress xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlama verib.

"Qəzzada günahsız insanların öldürüldüyü bir vaxtda müzakirə edəcəyimiz tək şey Qəzzanın elektrik, su və qida ehtiyaclarını necə qarşılaya biləcəyimizlə bağlıdır. Qəzzaya göndərdiyimiz generatorlar Rəfah sərhəd-keçid məntəqəsində gözləyir. Üzən elektrik stansiyaları və Power Ship adlandırdığımız mobil elektrik stansiyaları ilə Qəzzaya necə dəstək ola biləcəyimizi düşünürük", - deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın partiyasının qrup toplantısında İsraili sərt şəkildə tənqid etməsindən qısa müddət sonra Türkiyənin Şərqi Aralıq dənizində İsraillə təbii qaz kəşfiyyatı və boru kəməri işləri dayandırılıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər