Bakı. TurkicWorld:
Türkiyə Böyük Millət Məclisi (TBMM) heyəti insan haqları pozuntularını yerində araşdırmaq üçün Fələstinin Qəzza bölgəsinə səfər edəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin İnsan Haqları Araşdırma Komissiyasının sədri Derya Yanık açıqlama verib.
D.Yanık onu da qeyd edib ki, Türkiyə İsrailin Qəzzaya hücumları nəticəsində ortaya çıxan faciəni dayandırmaq üçün siyasi, diplomatik və humanitar yardımlar sahəsində lazım olanları ilk gündən ən yüksək səviyyədə həyata keçirir.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
İsrailin Qəzzaya hücumları nəticəsində ölən mülki vətəndaşların sayı 5 min 791 nəfərə çatıb.
Qəzzadan həyata keçirilən hücumlarda 304-ü əsgər olmaqla 1405 israillinin öldüyü, 3 min 968 israillinin yaralandığı bildirilib.
Ləman Əsədli
Twitter: Lamanasadli01







