Türkiyədə "Türksat Yaxın Orbit və Kub Peyk" seminarı keçiriləcək - Uraloğlu

Türkiyədə "Türksat Yaxın Orbit və Kub Peyk" seminarı keçiriləcək - Uraloğlu

Bakı. TurkicWorld:

Ankarada ATO Congresium Konqres və Sərgi Mərkəzində "Türksat Yaxın Orbit və Kub Peyk" seminarı keçiriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Məlumata əsasən, seminarda 'Yeni Kosmos' anlayışı və gələcək imkanlar, xüsusilə kub peyk istehsalı və yer seqmenti texnologiyaları müzakirə ediləcək.

"Bu seminarı təşkil etməklə biz orbitə yaxın peyklər sahəsində peyk ekosisteminin ən böyük şirkətləri arasında birlik yaratmağı hədəfləyirik. Seminarda orbitə yaxın peyklər müzakirə olunacaq və bu sahədə ən son texnoloji inkişaflar, yeniliklər və gələcək peyk sistemləri ilə bağlı gözləntilər, əməkdaşlıq imkanları müzakirə olunacaq”, - deyə o əlavə edib.

Bundan əlavə, seminarda Türksat, Aselsan, TÜBİTAK, Roketsan, TUSAŞ da daxil olmaqla sektorun ən əhəmiyyətli şirkətləri bir araya gələcək.

Ləman Əsədli
Twitter: Lamanasadli01