Şimali Kipr Türk Respublikası Ünal Üstel Türkiyə Milli Təhsil Nazirliyi Yusuf Tekin

Türkiyə təhsil sahəsində Şimali Kiprə dəstək olacaq - Yusuf Tekin

Bakı. TurkicWorld:

Türkiyə təhsil sahəsində Şimali Kipr Türk Respublikasına dəstək olacaq.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin təhsil naziri Yusuf Tekin Lefkoşada Şimali Kiprin Baş naziri Ünal Üstellə görüşü zamanı deyib.

"Bu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatıdır. Biz Türkiyədə öz övladlarımız üçün təhsil və təlim baxımından təklif edə biləcəyimiz bütün imkanları Şimali Kiprdə də təqdim etmək istəyirik", - deyə o vurğulayıb.

Bundan əlavə, Şimali Kiprin Baş naziri Ünal Üstel Türkiyə ilə əlaqələr sayəsində təhsil sahəsində yaranan çətinliklərin öhdəsindən gəldiklərini qeyd edib.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər