İnkişaf yolu layihəsi İraq vasitəsilə Türkiyə və Avropaya keçişi təmin edəcək - Ərdoğan

İnkişaf yolu layihəsi İraq vasitəsilə Türkiyə və Avropaya keçişi təmin edəcək - Ərdoğan

Bakı. TurkicWorld:

İnkişaf yolu layihəsi İraq vasitəsilə Türkiyə və Avropaya keçişi təmin edəcək.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"İnkişaf Yolu Layihəsi Fars körfəzi ölkələrini, İraqı və bizi tamamilə əhatə edən bir layihədir. Lakin Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd Bin Zayed bu məsələdə çox qətiyyətli mövqe nümayiş etdirir. Əslində, son görüşümüzdə o, yazılı şəkildə irəli sürülən layihəyə istinad edərək, “60 gün ərzində bu layihənin hazırlığını başa çatdıraq” deyə təklif vermişdi. Təbii ki, İnkişaf Yolu Layihəsinin bu nöqtəsində Amerika, Yaponiya, Hindistan və Çinin layihəyə öz yanaşmaları var. Layihəyə əsasən, İraq vasitəsilə Türkiyə və Avropaya keçid var. Bu baxımdan layihə böyük əhəmiyyət kəsb edir. Biz bu məsələni həll etmək üçün lazımi addımları atmağa çalışacağıq. Çünki İnkişaf Yolu inşallah bu coğrafiyada məskunlaşmış bütün qaranlıq fokusları yox edəcək inkişafın maariflənməsinin ilk addımı olacaqdır. İnanırıq ki, layihənin nəticəsi yaxşı olar",- deyə Ərdoğan bildirib.

Qeyd edək ki, İnkişaf Yolu Layihəsi çərçivəsində Türkiyə ilə İraq arasında uzunluğu 1 200 km olan avtomobil və dəmir yolu nəqliyyat dəhlizi yaradılacaq.

İraqı bu layihə ilə Türkiyə üzərindən dünyaya açılmağa sövq edən əsas amil zəngin neft və təbii qaz ehtiyatlarına malik olan İraqın körfəzdə dərin su limanı tikəcək sərhədlərinin olmamasıdır. Bu da ehtiyatların daşınmasında və satışında ciddi çətinliklərə səbəb olur.

Xatırladaq ki, İraqın baş naziri Məhəmməd əl-Sudani bu ilin may ayının sonunda Asiyanı Avropa ilə birləşdirəcək nəhəng nəqliyyat və infrastruktur layihəsi ilə bağlı açıqlama verib.

Aytac Əliyeva

Twitter: a_alieva_