Türkiyənin SONGAR dron sisteminə üçlü minaatan inteqrasiya ediləcək (ÖZƏL)

Türkiyənin SONGAR dron sisteminə üçlü minaatan inteqrasiya ediləcək (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyənin HAVELSAN şirkəti tərəfindən istehsal edilən SONGAR dron sisteminə Maşın Kimya Sənayesi (MKE) ilə birgə layihə çərçivəsində 81 mm-lik üçlü minaatan inteqrasiya ediləcək.

Bu barədə TurkicWorld-a Türkiyənin hərbi mənbələrindən bildirilib.

Məlumata əsasən, minaatanlarla yanaşı, 60 mm döyüş sursatı da dron sisteminə əlavə ediləcək və qısa zamanda atış sınaqları həyata keçiriləcək.

Qeyd edək ki, SONGAR dron sistemi 2019-cu ildən Türkiyənin Quru Qoşunları Komandanlığı, Jandarma Baş Komandanlığı, Xüsusi Qüvvələr Komandanlığı tərəfindən istifadə edilir. SONGAR dron sistemi indiyə qədər dörd ölkəyə ixrac edilib.

Ləman Əsədli

Twitter: lamanasadli01