Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan Türkiyə Müdafiə Sənayesi İdərəsi Türkiye Çelik Kubbe Türkiyə müdafiəsi Türkiyə müdafiə ixracı

Çelik Kubbe ilə hava hücumundan müdafiədə fərqli bir liqadayıq - Ərdoğan

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan milli hava hücumundan müdafiə sistemi olan “Çelik Kubbe” ilə bağlı önəmli açıqlamalar verib.

TurkicWorld xəbər verir ki, Türkiyə Prezidentinin sözlərinə görə, bu sistem Türkiyəni hava hücumlarına qarşı müdafiədə yeni mərhələyə daşıyır və ölkəni daha güclü müdafiə qabiliyyətinə sahib dövlətlər sırasına çıxarır.

“Sistemlər sistemi olan Çelik Kubbe ilə hava hücumundan müdafiədə artıq fərqli bir liqanın oyunçusu halına gəlirik”, – deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti Ərdoğan, sistemə yönəlmiş bəzi tənqidi fikirlərə də münasibət bildirib. O, “Çelik Kubbe vətəndaşı deyil, tərəfdarı qoruyacaq” deyən çevrələri “gözünü nifrət bürümüş güruh” adlandırıb və bu cür yanaşmanın milli təhlükəsizlik baxımından ciddi narahatlıq doğurduğunu vurğulayıb.

Ərdoğan çıxışında Türkiyənin müdafiə sənayesində istehsal olunan bütün məhsulların — tapançadan tüfəngə, PUA-lardan (pilotsuz uçuş aparatları) raket sistemlərinə qədər — xalqın təhlükəsizliyini təmin etməyə xidmət etdiyini bildirib:

“Hər bir müdafiə məhsulunun məqsədi Türkiyəni, 86 milyonun hər bir fərdini ən yüksək səviyyədə qorumaqdır.” - deyə Ərdoğan qeyd edib.

Mövzuya görə xəbərlər