Bakı. TurkicWorld:
Manisada sənaye sahəsində yanğın baş verib.
TurkicWorld-un məlumatına görə, yanğın zamanı yeddi nəfər xəsarət alıb.
Yanğın yanğınsöndürmə qruplarının müdaxiləsi ilə nəzarət altına alınarkən, iki iş yerində maddi ziyan meydana gəlib.
Məlumat üçün qeyd edık ki, Manisa Böyükşəhər Bələdiyyəsinə aid 25 yanğınsöndürən maşını və İzmir Meşə Region Müdirliyinə bağlı üç su çiləyicisi və yeddi su tankeri ilə müdaxilə edilən yanğın təxminən 3 saat ərzində nəzarətə götürülüb.
Hafiz Rufizoğlu






