Bakı. TurkicWorld:
Türkiyənin Malatya şəhərində 5 bal gücündə zəlzələ baş verib.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.
Məlumata görə, zəlzələ səhər saat 08:35-də, 5 bal gücündə qeydə alınıb.
Zəlzələ yerin 7 kilometr dərinliyində baş verib.
Zəlzələ ilə bağlı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya qeyd edib ki, AFAD başda olmaqla, bütün əlaqədar qurumlar hadisə yerinə cəlb olunub.
Aytac Süleymanova
Twitter: a_alieva_