Son dəqiqə

AFAD Sel hadisəsi torpaq uçqunu qar uçqunu Türkiyənin aktiv zəlzələ zonaları Türkiyədə meşə yanğınları daşqın Qızıl Aypara Cəmiyyəti Türkiyədə təbii fəlakətlərin statistikası Türkiyədə baş verən zəlzələlər

Türkiyədə təbii fəlakətlərin statistikası - Son illərdə hansı hadisələr artıb?

BAKI,TurkicWorld Orxan Qədirzadə

Türkiyədə son illərdə baş verən təbii fəlakətlərin statistikası ölkədə xüsusilə meşə yanğınları, daşqınlar və torpaq sürüşmələrinin ciddi risk olaraq qaldığını göstərir. Məlumatlar Fəlakətlərin İdarə Olunması və Qərarların Dəstəklənməsi Sistemi (AYDES) əsasında hazırlanıb.

2024-cü ildə Türkiyədə ümumilikdə minlərlə təbii fəlakət hadisəsi qeydə alınıb. Ən çox rast gəlinən hadisə meşə yanğınları olub. İl ərzində 5 321 meşə yanğını baş verib. Bundan başqa, 1 818 daşqın və sel, 332 torpaq sürüşməsi, 194 zəlzələ, 83 qar uçqunu və güclü qar yağıntısı, həmçinin 19 mədən qəzası qeydə alınıb.

2023-cü ilin statistikası ilə müqayisədə 2024-cü ildə meşə yanğınlarının sayı kəskin artıb. 2023-cü ildə 1 711 meşə yanğını qeydə alındığı halda, bu göstərici 2024-cü ildə 5 321-ə yüksəlib. Eyni zamanda, 2023-cü ildə 2 028 daşqın, 564 torpaq sürüşməsi, 830 zəlzələ, 93 qar uçqunu və güclü qar yağıntısı, 7 mədən qəzası qeydə alınıb. Həmin il ümumilikdə 5 233 təbii fəlakət hadisəsi baş verib. Statistikaya yalnız 4 baldan yuxarı maqnitudalı zəlzələlər daxil edilib.

2022-ci ildə isə fərqli metodologiyadan istifadə olunduğuna görə zəlzələlərin ümumi sayı daha yüksək göstərilib. Həmin il ölkədə 21 054 zəlzələ, 859 torpaq sürüşməsi, 450 sel və daşqın, 137 qaya uçqunu, 18 qar uçqunu, 13 obruk (yer çökməsi) və 451 digər təbii hadisə qeydə alınıb. Ümumilikdə 22 982 təbii hadisə qeydə alınıb.

2020-ci ilin məlumatlarına əsasən, Türkiyədə 905 təbii hadisə baş verib. Onlardan 321-i zəlzələ, 177-si sel və daşqın, 107-si torpaq sürüşməsi, 17-si qaya uçqunu, 11-i qar uçqunu, 2-si obruk, 270-i isə fırtına, dolu və digər meteoroloji hadisələr olub.

Mütəxəssislərin qiymətləndirməsinə görə, son illərin statistikası xüsusilə iqlim dəyişikliklərinin təsiri ilə meşə yanğınları və sel hadisələrinin artdığını göstərir. Bununla yanaşı, Türkiyə seysmik baxımdan aktiv bölgədə yerləşdiyi üçün zəlzələlər ölkənin əsas təbii risklərindən biri olaraq qalır.

Mövzuya görə xəbərlər