Son dəqiqə

Əfqanıstan təbii fəlakət daşqın xilasetmə əməliyyatı Sel fəlakəti Nuristan Parun

Əfqanıstanda sel fəlakəti nəticəsində azı 20 nəfər ölüb, 100 nəfər itkin düşüb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Əfqanıstanın şimal-şərqində baş verən güclü daşqınlar nəticəsində azı 20 nəfərin öldüyü, təxminən 100 nəfərin isə itkin düşdüyü bildirilir. Təbii fəlakətin vurduğu ziyanın artacağı gözlənilir.

TurkicWorld xəbər verir ki, Taliban hökumətinin məlumatına görə, bazar ertəsi Əfqanıstanın Nuristan vilayətində baş verən sel fəlakəti nəticəsində çoxsaylı insan tələfatı qeydə alınıb. Ölkənin Milli Fövqəladə Halların İdarə Edilməsi İdarəsi ölənlərin sayının arta biləcəyini açıqlayıb.

Məlumata əsasən, ən böyük dağıntılar Nuristan vilayətinin paytaxtı Parun şəhərində qeydə alınıb. Fövqəladə hallar qurumu azı 80 nəfərin yaralandığını bildirib.

Güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində yaşayış evlərinə, yollar və digər infrastruktura ziyan dəydiyi ehtimal olunur. Xilasetmə və axtarış işləri davam etdirilir.

Əfqanıstanda son illərdə iqlim dəyişiklikləri və təbii fəlakətlər səbəbindən sel hadisələri daha tez-tez baş verir. Ölkənin dağlıq əraziləri bu cür fəlakətlər qarşısında xüsusilə həssas hesab olunur.

Mövzuya görə xəbərlər