BAKI,TurkicWorld
Rusiyanın Kabardin-Balkar bölgəsində Bezenqi dərəsində 33 alpinistdən ibarət qrup uçquna düşüb.
Rusiya KİV-nin məlumatına görə, uçqun sentyabrın 6-da, bazar günü saat 17:00 radələrində Mijirqi dağından qopub.
Sentyabrın 7-si, bazar ertəsi səhər saatlarına olan məlumata görə, hadisə nəticəsində 11 nəfər həlak olub, altı nəfər xəsarət alıb. 10 nəfər öz imkanları ilə uçqun zonasından çıxmağa müvəffəq olub. Altı alpinistin axtarışları davam etdirilir.
Axtarış-xilasetmə əməliyyatına 56 nəfər cəlb olunub. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, əməliyyatın keçirildiyi ərazidə relyef əlverişsizdir və yeni uçqunların baş verməsi təhlükəsi qalmaqdadır.






