Son dəqiqə

TPAO Resmi Gazete

TPAO Türkiyənin üç əyalətində metan qazı yataqlarında kəşfiyyat işləri aparacaq

Bakı. TurkicWorld:

TPAO Bartın, Kastamonu və Zonguldak vilayətlərində metan qazı yataqlarında kəçfiyyat və hasilat işləri aparacaq.

TurkicWorld bu barədə Resmi Gazeteye istinadən xəbər verir.

"Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO), Bartın, Kastamonu və Zonguldakdakı Türkiyə Taşkömür İdarəsi (TTK) konsessiya sahələrində metan qazını istismar etmək hüququna sahib olacaq. TPAO metan qazının kəşfiyyatı və istismarı zamanı uyğun hesab etdiyi yerlərdə bütün lazımi əməliyyatları həyata keçirə biləcək və qaz hasilatını təşviq etmək üçün lazımi avadanlıqları yatağa gətirə biləcək. Müraciət, qeydiyyat rüsumları və hüquqların yaradılması üçün çəkilən bütün xərclər TPAO tərəfindən ödəniləcək",- deyə Resmi Gazetede verilən məlumatda dərc olunub.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər