Bakı. TurkicWorld:
Şırnak, Siirt və Vandan sonra TPAO bu dəfə Diyarbəkirdə neft axtarışına başlayıb.
TurkicWorld-un məlumatına görə, aşkarlama quyuları üçün yerlər müəyyən edilib. Dikmencik-1 kəşfiyyat quyusu, Mısır Bozçalı kəndi sərhədləri daxilində 50 min kvadratmetr sahədə "Rotary Qazma" texnikası ilə qazılacaq.
Hazırda Şırnakın Kato və Bestler-Dərələr bölgələrində, Siirt və Vanda neft kəşfiyyatı davam edərkən, TPAO Diyarbakırın Çınar rayonundakı Bozçalı kəndi sərhədlərində kəşfiyyat quyusu açmağı planlaşdırır.
Aytac Süleymanova
Twitter: a_alieva_