Türkiyədə neft axtarışı üçün 10 quyu qazılacaq

Türkiyədə neft axtarışı üçün 10 quyu qazılacaq

Bakı. TurkicWorld:

Adananın Karaisalı rayonu sərhədlərində neft axtarışı üçün 10 quyu qazılacaq.

TurkicWorld xəbər verir ki, neft kəşfiyyatı üçün Türkiyə Neft Şirkəti (TP) lisenziya alıb.

Məlumata əsasən, layihənin dəyəri təxminən 95 milyon lirə olaraq hesablanır. Layihə çərçivəsində fırlanan qazma üsulu tətbiq olunacaq və ardıcıl qazılan quyularda maksimum 2 min 500 metr dərinliyə enilməsi planlaşdırılır. Torpağın hazırlanması mərhələsində 25 nəfərin, neft kəşfiyyatı fəaliyyətində isə 50 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Kəşfiyyat işləri zamanı neft aşkar edilərsə, neftin çıxarılması əməliyyatlarına başlanılacaq.

X: Lamanasadli01