Son dəqiqə

Çin ABŞ

Çin ABŞ şirkətlərinə sanksiya tətbiq edəcək

Bakı. TurkicWorld:

Çin Tayvana silah satışı ilə bağlı 3 ABŞ şirkətinə sanksiya tətbiq edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyindən məlumat verilib.

Məlumata görə, Boeing Defence-nin kosmik və təhlükəsizlik bölməsi ilə General Atomics Aeronautical Systems və General Dynamics Land Systems şirkətləri Çinin “etibarsız qurum” siyahısına daxil edilib.

Qeyd edək ki, sanksiya olunan şirkətlərin yüksək səviyyəli menecerlərinin Çinə girişi qadağan edilib.

Tasnem Ismukhan

Mövzuya görə xəbərlər