BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
2025-ci il Çin–Azərbaycan münasibətləri tarixinin ən məhsuldar dövrlərdən biri olub.
TurkicWorld xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey Çin və Azərbaycan arasında ikitərəfli münasibətlərin yekunlarına həsr olunmuş brifinqdə bildirib.
Diplomat çıxışında qeyd edib ki, Çin–Azərbaycan münasibətləri Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında keyfiyyətcə əhəmiyyətli dərəcədə yüksəlib, inkişaf tempi sürətlənib.
“İkitərəfli münasibətlərimiz bütün tarix boyu ən yüksək səviyyəsinə – hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatıb”, – deyə Lu Mey vurğulayıb.






