BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Tərtərdə iki minik avtomobili toqquşması zamanı xəsarət alanlar var.
TurkicWorld-un əldə etdiyi məlumata görə, yol nəqliyyat hadisəsi Hindarx-Borsunlu avtomobil yolunun rayonun Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "Mercedes" markalı avtomobil "Mitsubishi" markalı avtomobillə toqquşub.
Qəza zamanı 3 nəfər müxtəlif dərəcəli xəsarət alaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb







