Türkiyə Azərbaycan və Türkmənistan ilə iqtisadi əməkdaşlıq haqqında Sazişi ratifikasiya edib

Türkiyə Azərbaycan və Türkmənistan ilə iqtisadi əməkdaşlıq haqqında Sazişi ratifikasiya edib

Bakı. TurkicWorld:

Türkiyə Respublikası "Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında” Sazişi ratifikasiya edib.

TurkicWorld xəbər verir ki, bu barədə qərar Türkiyə Rəsmi Qəzetində dərc edilib.

Məlumata əsasən, tərəflər müqaviləyə görə, müvafiq dövlət qurumları, müxtəlif peşəkar təşkilatlar və assosiasiyalar, işgüzar dairələr, elmi-tədqiqat institutları arasında əlaqələrin inkişaf etdirilməsi, beynəlxalq biznes və investisiya forumlarının və digər tədbirlərin təşkil edilməsi, işgüzar nümayəndə heyətlərinin və investisiya layihlərinin mübadiləsi, konsaltinq, marketinq və digər sahələrdə əməkdaşlığı gücləndirir və həyata keçirirlər.

Qeyd edək ki, saziş 2022-ci ilin 14 dekabr tarixində Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri tərəfindən imzalanıb.

X: Lamanasadli01