Son dəqiqə

İran ABŞ ABŞ Dövlət Departamenti

ABŞ Dövlət Departamenti İrana başsağlığı verib

Bakı. TurkicWorld:

ABŞ Dövlət Departamenti İrana prezident İbrahim Rəisinin ölümü ilə əlaqədar başsağlığı verib.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlama verib.

“ABŞ, İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və nümayəndə heyətinin digər üzvlərinin helikopter qəzası nəticəsində həlak olması ilə bağlı rəsmi şəkildə başsağlığı verir” – deyə açıqlamada bildirilib.

Qeyd edək ki, mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər həlak olub.

Tasnem Ismukhan

Mövzuya görə xəbərlər