Son dəqiqə

Resmi Gazete Türkiyə Kosmik Agentliyi (TUA) Alper Gezeravcı

Gezeravcı TUA İdarə Heyətinin üzvü təyin edilib

Bakı. TurkicWorld:

İlk türk astronavt Alper Gezeravcı Türkiyə Kosmik Agentliyi (TUA) İdarə Heyətinin üzvü təyin edilib.

TurkicWorld xəbər verir ki, bu barədə qərar Türkiyə Rəsmi Qəzetində dərc edilib.

Xatırladaq ki, 19 yanvar tarixində Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı Türkiyə saatı ilə 00:49-da Ax3 missiyası ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

Türkiyənin İlk Pilotlu Kosmos Missiyası çərçivəsində Alper Gezeravcı 14 gün BKS-də qalıb və 13 fərqli elmi təcrübə həyata keçirib.

İlk türk astronavtı Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edib.

Məlumat üçün bildirək ki, Türkiyənin ilk astronavtı Alper Gezeravcının da olduğu Axiom-3 (Ax-3) komandası, Dragon kapsulu ilə 9 fevral tarixində Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər