Türkiyə “Avropada Adi Silahlı Qüvvələr Müqaviləsi”ndən çıxıb

Türkiyə “Avropada Adi Silahlı Qüvvələr Müqaviləsi”ndən çıxıb

Bakı. TurkicWorld:

Türkiyə 8 aprel tarixindən etibarən “Avropada Adi Silahlı Qüvvələr Müqaviləsi”ndən çıxır.

TurkicWorld xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərar Rəsmi Qəzetdə dərc edilib.

Məlumata əsasən, Türkiyə adi silah kateqoriyasında istehsal etdiyi beş adi silahdan nə qədər istehsal etdiyini açıqlamayacq.

Qeyd edək ki, 1990-cı ildə Parisdə imzalanan və 1992-ci ilin iyulunda qüvvəyə minən "Avropada Adi Qüvvələr haqqında Müqavilə" NATO ilə Varşava Müqaviləsi Təşkilatı arasında imzalanıb. Razılaşmaya zirehli döyüş maşınları, döyüş tankları, döyüş təyyarələri, artilleriya və hücum helikopterləri kimi beş şərti silah kateqoriyasının sayının azaldılması, qarşılıqlı məlumat mübadiləsi və hər bir kateqoriya üçün müqavilə tərəflərini bağlayacaq məhdudiyyətlər daxildir.

Türkiyə müqaviləyə 1992-ci ildə qoşulub.

NATO Soyuq Müharibə dövründən qalma Avropa Adi Silahlı Qüvvələr Müqaviləsini 2023-cü ilin noyabrında Rusiyanın çıxmasından sonra dayandırdığını açıqlayıb.

X: Lamanasadli01