Türkmənistan və Özbəkistan arasında siyasi məsləhətləşmələr aparılıb

Türkmənistan və Özbəkistan arasında siyasi məsləhətləşmələr aparılıb

Bakı. TurkicWorld:

Paytaxt Aşqabadda Türkmənistan və Özbəkistan Respublikasının Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

TurkicWorld-un məlumatına görə, tərəflərin nümayəndə heyətlərinə Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov sədrlik edib.

Məsləhətləşmələr zamanı ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, siyasi əlaqələrin genişləndirilməsi və onun praktiki məzmunla doldurulması, o cümlədən əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi konteksti müzakirə edilib.

Diplomatlar ikitərəfli münasibətlər, qarşılıqlı maraq doğuran aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün müntəzəm siyasi məsləhətləşmələr aparmağa razılaşıblar.

Görüş zamanı ticarət-iqtisadi əməkdaşlıq sahəsində son illər ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artması məmnunluqla qeyd olunub. Regionlar arasında birbaşa ticarət və iqtisadi əlaqələrin dərinləşdirilməsinin, regionlararası tədbirlərin və görüşlərin davam etdirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, sərhəd ticarət zonalarının bütün potensialından istifadə edilməsi məqsədəuyğun hesab edilib.