İstanbul Ticarət Universiteti beynəlxalq nəşr keyfiyyət standartlarında qabaqcıl olub

İstanbul Ticarət Universiteti beynəlxalq nəşr keyfiyyət standartlarında qabaqcıl olub

Bakı. TurkicWorld:

İstanbul Ticarət Universiteti əvvəlki illərlə müqayisədə 12 dəfəyə qədər artımla doluluq nisbətlərinin yüksək artımı, layihə və tələbə nailiyyətləri, eləcə də beynəlxalq nəşrlərin sayında qabaqcıl olub. TurkicWorld-ə universitetdən verilən məlumata görə, İstanbul Ticarət universiteti beynəlxalq nəşr keyfiyyət standartlarının ən üst səviyyəsi olan Q1 nəşrlərində Web of Science indeksindəki yer alan məqalələrin sayısında 2022-ci ilin ilk on ayına görə 12 qat, Scopus indeksində yer alan məqalələrin sayına görə isə 5 qat artım əldə edib. Universitetin 2022-ci ilin ilk 10 ayında dünya səviyyəsində indekslənmiş jurnalların ən vacib kateqoriyaları olan Q1 və Q2 standartlarında toplam keyfiyyətli nəşrlərin sayında əvvəlki üç illə müqayisədə 5 dəfə artım qeydə alınıb.

Nəşr keyfiyyət standartlarının ikinci pilləsi olan Q2 araşdırmalarında isə İstanbul Ticarət Universiteti 2022-ci ilin ilk 10 ayında Web of Science-da dörd dəfə, Scopus-da isə üç dəfə artım göstərib.

Q1 nəşrləri beynəlxalq miqyasda çox yüksək təsirli və “ən yaxşı” jurnallarda dərc olunan məqalələri, Q2 nəşrləri isə beynəlxalq səviyyədə yüksək təsirli və “yaxşı” jurnallarda dərc olunan məqalələri təmsil edir. Scopus və Web of Science jurnalları isə dünyanın ən əhəmiyyətli abstrakt və sitat verilənlər bazası hesab olunur.

Qeyd edək ki, TurkicWorld ilə İstanbul Ticarət Universiteti arasında rəsmi media tərəfdaşlığı 2022-ci ilin oktyabr ayının 25-də imzalanıb.