İstanbul Ticarət Universiteti ilə dünya şöhrətli Philip Kotler Akademiyası arasında əməkdaşlıq protokolu imzalanıb

İstanbul Ticarət Universiteti ilə dünya şöhrətli Philip Kotler Akademiyası arasında əməkdaşlıq protokolu imzalanıb

Bakı. TurkicWorld:

İstanbul Ticarət Universiteti ilə dünya şöhrətli marketinq professoru Filip Kotler tərəfindən yaradılan Philip Kotler Akademiyası arasında əməkdaşlıq protokolu imzalanıb.

TurkicWorld-a universitet tərəfindən verilən məlumata görə, Tədbir İstanbul Ticarət Universiteti Senat Salonunda rektor Prof. Dr. Yücel Oğurlu, rektor köməkçiləri Prof. Dr. Abdul Halim Zaim və Prof. Dr. Elçin Aykaç Alp, Sosial Elmlər İnstitutunun direktoru Prof. Dr. Figen Yıldırım və Davamlı Təhsil Mərkəzinin direktoru Dos. Dr. Hənifi Parların iştirakı ilə keçirilib.

Tədbirə İstanbul Ticarət Palatası sədr müavini və Mütəxəssislər Şurasının üzvü Dr. İsrafil Kuralay, Philip Kotler Akademiyasının rəsmiləri ilə birgə görüşə onlayn şəkildə qoşulub. Görüşdə iki qurum arasında imzalanan müqavilə ilə yanaşı birgə təlim proqramları, biznes və marketinq akademiyalarının yaradılması ilə bağlı müqavilələr də imzalanıb.

İmzalanma mərasimində çıxış edən rektor Oğurlu Kotler Akademiyasının rəsmilərinə təşəkkür edib və bu razılaşmadan məmnunluğunu ifadə edərək bu müqavilənin hər iki qurum üçün çox əhəmiyyətli olduğunu vurğulayıb.

Universitet və Filip Kotler Akademiyası arasında imzalanmış protokola aşağıdakı maddələr daxildir:

Türkiyədə Philip Kotler Akademiyasının təlimlərinin keçiriləcəyi akademiya/institutun yaradılması.

İstanbul Ticarət Universiteti, Philip Kotler Akademiyasının təlimlərini Davamlı Təhsil Mərkəzində və Distant Təhsil Mərkəzində tətbiq edə biləcək. Philip Kotler Akademiyası və universitet bu təlimlərin hazırlanması və həyata keçirilməsində bir-birinə dəstək olacaqlar.

Philip Kotler Akademiyasının müəllimləri universitetdə dərs deyə biləcəklər.

Philip Kotler Akademiyası ilə birgə Biznesin İdarə Edilməsi üzrə magistr proqramları, o cümlədən Səhiyyə İdarəetmə və İqtisadiyyat MBA, Mühəndislik İdarəçiliyində MBA, Biznes İdarəetmə Bakalavr, Biznes Bakalavr, Beynəlxalq kredit transfer proqramları,ş Yaratma İdarəetməsi kimi sahələrdə ehtiyaclara uyğun olaraq inkişaf etdirilə və yenilənə bilən innovativ kurslar təşkil olunacaq.

Birgə təlimlərin sonunda veriləcək sertifikatlar İstanbul Ticarət Universiteti və Philip Kotler Akademiyası tərəfindən birgə imzalanacaq.

Tərəflər Ölkə üzrə Xüsusi Guru Mükəmməllik Mərkəzi, Philip Kotler Marketinq üzrə Mükəmməllik Mərkəzi, Al Ries Mükəmməl Mövqeləşdirmə Mərkəzi, Peter Drucker İdarəetmə üzrə Mükəmməllik Mərkəzi və David Aaker Marka Mükəmməllik Mərkəzi kimi mərkəzlər yarada biləcəklər.

Beş il müddətinə bağlanmış müqavilə tərəflərin xahişi və razılığı ilə hər dəfə beş il müddətinə uzadıla bilər.

Qeyd edək ki, TurkicWorld İstanbul Ticarət Universitetinin rəsmi media tərəfdaşıdır.