İstanbul Ticarət Universiteti Keyfiyyət İdarəetmə Sistemi Sertifikatı ilə təltif edilib

İstanbul Ticarət Universiteti Keyfiyyət İdarəetmə Sistemi Sertifikatı ilə təltif edilib

Bakı. TurkicWorld:

Ali təhsil xidmətlərinin göstərilməsində keyfiyyət yönümlü idarəetmə sisteminə əsaslanan İstanbul Ticarət Universiteti “İnzibati Fəaliyyətlər” çərçivəsində Türk Standartları İnstitutu tərəfindən (TSE) TS EN ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi Sertifikatı ilə təltif edilib.

TurkicWorld-ə İstanbul Ticarət Universitetindən verilən məlumata görə, TS EN ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sisteminə inteqrasiya işləri 2021-ci ilin aprel ayından etibarən TİCARET-də inzibati vahidlərin fəaliyyətləri çərçivəsində Strategiya İnkişafı Rəhbərliyi Keyfiyyət İdarəetmə Sistemi prosesinin rəhbərliyi altında həyata keçirilir. Keyfiyyət İdarəetmə Sisteminin qurulması üçün inzibati vahid fəaliyyətləri çərçivəsində, TİCARƏT İnzibati Vahidlər Keyfiyyət Təlimatları, 20 əsas proses və bu proseslərin PUKÖ dövrünü təmin etmək üçün sistem quruluşu, risk və fürsət təhlilləri və sistemə aid 880 sənədləşdləşmə hazırlanıb.

Aparılan araşdırmalara uyğun olaraq TİCARET-də “Universitet Xidmətləri üçün İnzibati Fəaliyyətlərin Təqdimatı” çərçivəsində həyata keçirilən digər yoxlamada; TS EN ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi Standartının maddələri ilə bağlı tətbiqlər ətraflı şəkildə araşdırılıb. Digər yoxlama nəticəsində TSE İcraiyyə Komitəsinin 25.10.2022-ci il tarixli qərarı ilə TİCARET Keyfiyyət İdarəetmə Sistemi Sertifikatı ilə birlikdə IQNET Sertifikatı (Beynəlxalq Tanınma Sertifikatı) almaq hüququ qazanıb.