Son dəqiqə

Özbəkistan Türkmənistan Qurbanqulu Berdiməhəmmədov Daşkənd Şavkat Mirziyoyev Türk dövlətləri İkitərəfli görüşlər Aşqabad

Şavkat Mirziyoyev Türkmənistan Xalq Məsləhətinin Qurbanqulu Berdiməhəmmədovla görüşüb

BAKI, TurkicWorld , Fərid Mikayılov

“Avaza” milli turizm zonasında Türkmən Xalq Məclisinin Sədri Qurbanqulu Berdiməhəmmədov ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında görüş keçirilib.

TurkicWorld xəbər verir ki, Mirziyoyevin Türkmənistana səfəri Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin yüksək səviyyəli üçtərəfli görüşündə iştirak çərçivəsində baş tutub.

İkitərəfli və geniş formatda keçirilən görüşdə bildirilib ki, son illərdə Türkmənistan–Özbəkistan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Hər iki tərəf dostluq prinsiplərinə əsaslanan mövcud əlaqələrin bütün istiqamətlərdə səmərəli şəkildə inkişaf etdiyini vurğulayıb.

Tərəflər siyasi iradənin və qarşılıqlı etimadın ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsində əsas amil olduğunu qeyd ediblər.

Mövzuya görə xəbərlər