Son dəqiqə

Qazaxıstan Özbəkistan Türkmənistan Qırğızıstan Ersin Tatar Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Təşkilatı (TDT) KKTC

TDT Şurası Şimali Kiprdə toplanır: Avropa İttifaqı razılaşmalarına cavab

BAKI, TurkicWorld

Türk Dövlətləri Təşkilatından (TDT) bəzi üzv ölkələrin Avropa İttifaqı (Aİ) ilə mübahisəli razılaşmalar imzalamasından sonra mühüm bir addım atılıb.

TurkicWorld xəbər verir ki, təşkilatın Ağsaqqallar Şurasının 17-ci iclasının Şimali Kipr Türk Republikasında (ŞKTC) keçirilməsi qərara alınıb.

İclas 1–2 may tarixlərində Şimali Kipr Türk Cümhuriyyətinin ev sahibliyində baş tutacaq.

Xatırladaq ki, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan Avropa İttifaqı ilə razılaşmalar imzalayıb və Cənubi Kipr Rum Administrasiyasında səfirlik açma qərarı veriblər.

Bu qərarlar narazılıq doğurub. Qərardan sonra KKTC prezidenti Ersin Tatar Türk Dövlətlərini Rum tərəfi ilə münasibətlərdə ehtiyatlı olmağa çağırmışdı.

Mövzuya görə xəbərlər