Bakı,TurkicWorld
Qırğızıstan Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarov Özbəkistanın Baş naziri Abdulla Aripov ilə danışıqlar aparıb.
TurkicWorld xəbər verir ki, görüş zamanı tərəflər iki ölkənin dövlət başçıları tərəfindən müəyyən edilmiş ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan üç perspektivli infrastruktur layihəsini ətraflı müzakirə ediblər.
Bundan əlavə, Kambarata SES-1 və Çatkal çayı üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar aparılıb.
İki ölkənin hökumət başçıları Talas-Çatkal-Daşkənd avtomobil yolunun tikintisi layihəsini də müzakirə ediblər. Bildirilib ki, hazırda bu layihə üzrə yol xəritəsi hazırlanır və layihənin həyata keçirilməsi iki ölkəninin qarşılıqlı ticarətinin və turizm potensialının artırılmasına imkan yaradacaq.
Sonda tərəflər qeyd ediblər ki, infrastruktur layihələrinin təşviqi üçün tədbirlərin görülməsi iki ölkə arasında qardaşlıq strateji əlaqələrinin möhkəmlənməsinə kömək edəcək.