Bakı. TurkicWorld:
Qazaxıstan Qırğızıstana humanitar yardım etməyə hazırdır.
TurkicWorld-un məlumatına görə, bu barədə Qazaxıstanın baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubayev ilə telefon danışığı zamanı deyib.
Görüş zamanı, Qırğızıstan-Qazaxıstan əməkdaşlığının aktual məsələləri müzakirə edilib.
Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Nurtleu Qazaxıstan tərəfinin lazım gələrsə, Bişkek İES-də baş vermiş qəza ilə bağlı Qırğızıstan tərəfinə humanitar yardım göndərməyə hazır olduğunu açıqlayıb.
Hafiz Rufizoğlu