Son dəqiqə

Qazaxıstan Qırğızıstan Jeenbek Kulubayev Murat Nurtleu

Qazaxıstan XİN rəhbəri Qırğızıstana rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Qırğızıstan xarici siyasət idarəsinin rəhbəri Jeenbek Kulubayevin dəvəti ilə 28-30 yanvar 2024-cü il tarixlərində Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu Qırğızıstanda rəsmi səfərdə olacaq.

TurkicWorld-un məlumatına görə, bu barədə Qazaxıstan XİN bildirib.

Səfər çərçivəsində Qırğızıstan və Qazaxıstanın xarici əlaqələr idarələrinin rəhbərləri arasında danışıqlar aparılacaq.

Məlumat üçün qeyd edək ki, görüş zamanı Qırğızıstan-Qazaxıstan strateji tərəfdaşlığı və müttəfiqliyinin cari məsələləri müzakirə olunacaq.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər