Bakı. TurkicWorld:
Qəzzada baş verənlər müharibə olmaqdan çıxıb, soyqırıma çevrilib.
TurkicWorld-un məlumatına görə,bu sözləri Şimali Kipr Türk Respublikasının baş naziri Ünal Üstel deyib.
"İsrail Qəzza şəhərini bombalayır və müharibə ilə heç bir əlaqəsi olmayan mülki insanları qətlə yetirir. İsrail müharibə qanunlarına və əxlaqına əməl etmir. KKTC tərəfləri dəfələrlə atəşkəs çağırışı edib, amma Birləşmiş Millətlər Təşkilatı (BMT) və beynəlxalq ictimaiyyət sülh çağırışlarına qarşı duyarsız davranır və İsrailin qırğınlarını izləməklə kifayətlənmir, hətta müdafiə edir. Qəzzada baş verənlər artıq müharibə deyil, qırğına, qətlə çevrilib. Həm BMT, həm də Aİ burada İsrailin qırğınlarını izləyir",- deyə baş nazir bildirib.
KKTC baş naziri Üstel, BMT-nin İsrailin Qəzzaya təcavüzünə qarşı atəşkəs çağırış etməməsini tənqid edərək, BMT-nin əsas vəzifəsinin bütün dünyada sülhü təmin etmək və döyüşən tərəfləri barışdırmaq olduğunu vurğulayıb.
İsrailin təcavüzkar rəftarını pisləyərək etiraz etdiyini qeyd edən Üstel, İsrailin Qəzzaya hücumlarının ən qısa zamanda sona çatmasını ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, İsrailin Qəzza zolağına hücumu nəticəsində ölənlərin sayı 10 min 328 nəfərə çatıb.
Aytac Süleymanova







