Son dəqiqə

Sabiha Gökçen Havalimanı Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi sərnişin təyyarələri Türkiyədə hava nəqliyyatı 2025 Hava nəqliyyatı infrastrukturu Sərnişin rekordu Sərnişin sayı Hava nəqliyyatı innovasiyaları

Sabiha Gökçen Hava Limanında rekord artım: yanvar ayında 4 milyondan çox sərnişin

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-ci ilin yanvar ayında Türkiyənin Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq, 4 milyon 189 min 974 nəfər olub.

Bu barədə TurkicWorld -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 11 faiz artaraq, 1 milyon 752 min 332 nəfər, beynəlxalq reyslər üzrə isə 17 faiz artaraq 2 milyon 437 min 642 nəfər təşkil edib.

2026-ci ilin yanvar ayında hava limanının yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 21 faiz artaraq 45 min 881 ton təşkil edib. Bununla yanaşı, 2026-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq, 12 min 799 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 30 faiz artaraq, 33 min 82 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2026-ci ilin yanvar ayında həyata keçirilən uçuşların sayı 2025-ci ilin yanvar ayı ilə müqayisədə 9 faiz artaraq, 23 min 688 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 4 faiz artaraq, 9 min 749, beynəlxalq reyslər üzrə isə 13 faiz artaraq 14 min 209 olub.

2026-ci ilin yanvar ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 17 milyon 773 min 67 nəfər, yük daşınması isə 401 min 866 ton təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin dekabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 247 milyon 17 min 152 nəfər, yük daşınması isə 5 milyon 149 min 714 ton təşkil edib.

Mövzuya görə xəbərlər