BAKI,TurkicWorld Orxan Qədirzadə
Qəzza zolağında minlərlə ailə təmiz içməli su çatışmazlığı ilə üzləşməkdə davam edir. Bölgədə yaşayan uşaqlar, analar və yaşlı insanlar gündəlik həyatlarını davam etdirmək üçün zəruri olan suya çıxış imkanlarının məhdud olması səbəbindən ciddi çətinliklər yaşayırlar.
Qəzzada Al Baraka Azerbaijan könüllüləri tərəfindən həyata keçirilən yeni humanitar təşəbbüs çərçivəsində ehtiyac sahibi ailələrin təmiz içməli su ilə təmin olunması məqsədilə yardım aksiyası təşkil edilib. Layihə çərçivəsində bölgədə yaşayan ailələrə su yardımlarının çatdırılması nəzərdə tutulur.
İslam ənənəsində su təminatı ən savablı xeyriyyə əməllərindən biri hesab olunur. Həzrət Məhəmmədin (s.ə.s.) hədislərindən birində qeyd olunur ki, “ən fəzilətli sədəqələrdən biri su verməkdir”.
Layihəni həyata keçirən könüllülər bildirirlər ki, yay mövsümündə havaların daha da istiləşməsi suya olan tələbatı artırır və bu səbəbdən bölgədə yaşayan insanların dəstəyə ehtiyacı daha da yüksəlir. Təşəbbüsə qoşulan şəxslər vasitəsilə toplanan yardımların Qəzzadakı ehtiyac sahibi ailələrə çatdırılması nəzərdə tutulur.
Layihə iştirakçıları xeyriyyəsevər insanları humanitar təşəbbüsə dəstək verməyə və su çatışmazlığından əziyyət çəkən insanların ehtiyaclarının qarşılanmasına töhfə göstərməyə çağırıblar.
Yardım kampaniyası ilə bağlı əlavə məlumat almaq istəyən şəxslər təşkilatın əlaqə vasitələri üzərindən müraciət edə bilərlər.
Əlaqə:
+994 51 763 90 15 (kişilər üçün)
+994 70 966 19 70 (qadınlar üçün)
Kapital Bank: 4169 7388 0323 5393
Al Baraka Azerbaijan könüllüləri







