BAKI,TurkicWorld Orxan Qədirzadə
Qəzza zolağında son 48 saat ərzində 16 nəfər həlak olub, 16 nəfər isə yaralanıb. Yerli Səhiyyə Nazirliyinin məlumatına görə, ölənlər arasında həm birbaşa hücumlarda həyatını itirənlər, həm də dağıntılar altından çıxarılan cəsədlər var.
Məlumata əsasən, 7 nəfər atəş və bombardman nəticəsində, 9 nəfərin isə əvvəlki hücumlardan sonra dağıntılar altından çıxarıldığı bildirilib. Bölgədə atəşkəs rejiminə baxmayaraq, müxtəlif istiqamətlərdə insidentlərin davam etdiyi qeyd olunur.
Rəsmi statistikaya görə, atəşkəsin pozulması nəticəsində yüzlərlə insan həlak olub, minlərlə insan yaralanıb. Yerli qurumlar vəziyyətin hələ də sabitləşmədiyini və humanitar böhranın davam etdiyini bildirir.
Eyni zamanda Qəzzanın cənub və şimal bölgələrində intensiv hərbi fəaliyyət qeydə alınıb. Xan Yunis və Rəfah ətrafında yaşayış binalarının dağıdılması, artilleriya atəşləri və hava müşahidələrinin artdığı bildirilir. Qəzza şəhərinin şərqində də atəş səsləri eşidilib.
Müharibənin 2023-cü ilin oktyabrından bəri davam etdiyi və bu müddətdə on minlərlə insanın həlak olduğu, yüz minlərlə insanın isə yaralandığı qeyd edilir. BMT mənbələri bölgədə infrastrukturun böyük hissəsinin ciddi zərər gördüyünü və yenidənqurma üçün böyük vəsaitə ehtiyac olduğunu bildirir.







