Son dəqiqə

Quba Pərviz Şahbazov Qubada 43 vətəndaşın müraciətini dinlədi Energetika naziri bölgə sakinlərinin problemləri ilə tanış olub Elektrik və qaz təchizatı: Nazirdən yerlərdə operativ tapşırıqlar Pərviz Şahbazov Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul etdi Energetika Nazirliyi Qubada kütləvi vətəndaş qəbulu təşkil edib

Energetika Nazirliyi Qubada vətəndaş qəbulu təşkil edib

BAKI, TurkicWorld

Energetika naziri Pərviz Şahbazov Quba rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

TurkicWorld Energetika Nazirliyinə istinadən xəbər verir ki, qəbulda vətəndaşların elektrik enerjisi və təbii qaz təchizatı, küçə işıqlandırılması, qeyri-yaşayış obyektinin qazlaşdırılması, elektrik dirəklərinin yerinin dəyişdirilməsi, mühafizə zonaları, sayğacların quraşdırılması, elektrik təsərrüfatının yenilənməsi, elektrik enerjisi və qazdan istifadəyə görə borcun yaranması, elektrik enerjisinin keyfiyyəti, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib. Qaldırılan məsələlərin mövcud qanunvericiliyə uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Quba, Qusar və Xaçmaz rayonlarından olan 43 vətəndaş iştirak edib.

Mövzuya görə xəbərlər