Son dəqiqə

İsrail İran ABŞ Rusiya Suriya İraq Liviya Azər Hüseynov Müharibənin dəhşətləri Regional sülh İraq və Suriya dərsləri Sülh duası Qonşu haqqı İslami sülh mesajı

Müharibə harada olur olsun dəhşət və qırğındır

BAKI, TurkicWorld, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq TurkicWorld üçün.

Bu gün sübh namazına qalxanda balaca oğlum Osmanın məsum yatışına baxdım. Daha sonra İranda müharibə olmasını səbirsizlik ilə gözləyən insanlar göz önümə gəldi.

Müharibə harada olur olsun dəhşət və qırğın deyilmi? Qopmuş bədənlər, yetim qalmış uşaqlar, ana atasını itirmiş ortalıqda qalan körpələr deyilmi? Xaos deyilmi? Qəzza göz önündə olmadımı? Suriya on dörd il zülm zillət yaşamadımı? İraqda insanlar işgəncə görmədimi? Bunun siyasət tərəfini demirəm. Mən də bununla bağlı gündə bir neçə müsahibə verirəm, insan olma tərəfini deyirəm. Nə üçün evində yatan körpələrin üzərinə bombalar yağsın? Nə üçün iffətlər korlansın? Heç bir ölkə daxilində iqtisadi problemlər xarici müdaxilə ilə həll edilməyib?

Tam əksinə ölkələr əlli il dala düşüb. Liviya parçalanmış, iqtisadiyyat çökmüş, güvən yoxdur. İraq parçalanmış , şimalında faktiki müstəqil bir yarı dövlət, iqtisadiyyat korrupsiya ilə boğulmuş. Suriya. Ərazisində heç bir xarici qüvvənin olmadığı ölkə indi üzərində ABŞ, Rusiya, İsrail, digər ölkələrin hərbi kontingentlərini saxlayır. Mərkəzi hakimiyyəti də hələ çox zəif və işlər hara gedəcək bəlli deyildir. Mən heç bir ölkəyə müharibə arzu etmirəm. Öz ölkəmə də başda. Hər bir ölkədə iqtisadi, siyasi, Maddi problemlər vardır.

Mən işsiz bir dörd uşaq atasıyam. Birdən kimsə bu yazıdan sonra durub mənə iqtisadi çətinlik dərsi verər. Getsin işi ilə məşğul olsun. Amma əlhəmdülillah yenə əlhəmdulillah yenə əlhəmdülillah. Bununla belə qətiyyən istəmərəm ki, ölkəmin daxili problemləri hansı isə yad orduların köməyi ilə həll edilsin. Yad ordular qan deməkdir. Yediyiniz Ağzınızda zəhər olur deməkdir. Həsrət deməkdir. Heç kimə müharibə diləməyin. Sizin məhzəbdən, dindən olmaya bilər. Quran heç kimə müharibə diləmir. Rəsulullah müharibə istəməyin deyir. Həm də özü üçün istədiyini qonşusu üçün istəməyən imanın şirin olmasını bilməz deyə fikir söyləyir. Elə isə arzularınızı nəzarətdə saxlayın və Allahdan qorxun. Bölgəmizdə sülh olması üçün Allaha dua edirəm. Ölkəmizdə daim sülh olması üçün Allaha dua edirəm.

Mövzuya görə xəbərlər