Son dəqiqə

Quba gimnastika

Qubada bədii gimnastika üzrə "Grace of Nature" turniri start götürüb

Quba, TurkicWorld

Quba Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə "Grace of Nature" turniri başlayıb.

TurkicWorld -in məlumatına görə, 3 gün davam edəcək yarışlarda fərdi proqramlar və qrup hərəkətləri üzrə qaliblər müəyyən olunacaq.

Gimnastlar kiçiklər (2017-2018-ci il təvəllüdlü), balacalar (2014-2016-cı il təvəllüdlü), yeniyetmələr (2012-2013-cü il təvəllüdlü) və gənclər (2009-2011-ci il təvəllüdlü) yaş kateqoriyasında çıxış edəcəklər. Fərdi yarışda çoxnövçülük və fərdi alətlər, qrup hərəkətlərində isə iştirakçılar yalnız fərdi alətlər üzrə proqramla çıxış edəcəklər.

Turnirdə ölkənin müxtəlif klublarından idmançılar iştirak edəcəklər. Bu isə yarışlara xüsusi maraq qatacaq. "Grace of Nature" turniri gənc gimnastlara öz bacarıqlarını nümayiş etdirmək və təcrübə qazanmaq üçün əla fürsət yaradır! Azərbaycanın gözəl guşələrindən sayılan Quba şəhəri bədii gimnastika üzrə yarışlara ev sahibliyi etməklə yenidən idmansevərləri bir araya gətirəcək! Zərif və eyni zamanda mürəkkəb hərəkətləri özündə birləşdirən bu idman növünü canlı izləmək fürsətini qaçırmayın!

Mövzuya görə xəbərlər