Bakıda bölgələrdən olan gimnastların təlim-məşq toplanışı keçirilir

Bakıda bölgələrdən olan gimnastların təlim-məşq toplanışı keçirilir

Bakı. TurkicWorld:

Milli Gimnastika Arenasında Zaqatalada yerləşən "Ocaq Sport" idman klubunun və Şəki Olimpiya İdman Kompleksinin yetirmələri olan gənc gimnastların təlim-məşq toplanışı keçirilir.

TurkicWorld xəbər verir ki, Zaqatalada yerləşən "Ocaq Sport" idman klubunun və Şəki Olimpiya İdman Kompleksinin bədii gimnastika bölməsi üzrə məşqçisi Safura Qurbanova təlim-məşq toplanışında 15 gənc idmançının iştirak etdiyini, bunlardan 10-nun Zaqatala, 5-nin isə Şəki şəhərinin yetirmələri olduğunu bildirib.

"Məşqlərdə idmançıların fiziki hazırlığına, onların gimnastika predmetləri ilə işləməsinə, proqramın tərtibatına böyük diqqət yetirilir. Ötən il Zaqatalada yerləşən "Ocaq Sport" idman klubunu təmsil edən iki yetirməm İtaliyada keçirilən beynəlxalq turnirdə uğurla çıxış etdi. Onlar həmçinin, Azərbaycanda bədii gimnastika üzrə müxtəlif yarışlarda uğurla çıxış ediblər. Ümid edirəm ki, builki turnirlərdə də Zaqatala və Şəki gimnastları yüksək nəticələr nümayiş etdirəcək", - Safura Qurbanova deyib.