Son dəqiqə

gimnastika Milli Gimnastika Arenası

Yeniyetmələr arasında bədii gimnastika üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb

Bakı. TurkicWorld:

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə “gənclər” yaş kateqoriyası üzrə (2009-2010-cu il təvəllüdlü) idmançılar arasında keçirilən 29-cu Azərbaycan çempionatının qalib və mükafatçılarının mükafatlandırılması mərasimi olub.

TurkicWorld-in məlumatına görə, qaliblər və mükafatçılar dörd növdə - lent, halqa, gürz və topla hərəkətlər üzrə müəyyən edilib.

Halqa ilə hərəkətlər proqramında Sofiya Məmmədova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Səkinəxanım İsmayılzadə ikinci, Şəms Ağahüseynova isə üçüncü yeri tutub.

Topla hərəkətlər proqramında qızıl medalı Şəms Ağahüseynova, gümüş medalı İlahə Bahadırova, bürünc medalı isə Sofiya Məmmədova qazanıb.

Gürzlərlə hərəkətdə İlahə Baxadırova birinci, Gövhər İbrahimova ikinci, Səkinəxanım İsmayılzadə üçüncü yeri tutub.

Lentlə hərəkətlərdə Şəms Ağahüseynova qızıl, İlahə Bahadırova gümüş, Fidan Qurbanlı isə bürünc medala layiq görülüb.

"Ocaq Sport" klubunu Şəms Ağahüseynova, Səkinəxanım İsmayılzadə, Sofiya Məmmədova, İlahə Baxadırova, Gövhər İbrahimova, Fidan Qurbanlı isə "Zirə" Mədəniyyət Mərkəzinin yetirməsidir.

Qalib və mükafatçılara mükafatları Azərbaycan gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə, bədii gimnastika üzrə Azərbaycan yığmasının məşqçisi, Azərbaycan Milli Məclisinin üzvü Avropa Gimnastikasının Bədii Gimnastika üzrə Texniki Komitəsi üzvü Yevgeniya Vilyayeva və AGF meneceri Elmira Lalayeva təqdim ediblər.

Qeyd edək ki, yarışlar 21-23 mart tarixlərində keçirilir. Yarışlarda "Ocaq Sport" Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Grasiya” İdman Klubu, Kür Olimpiya Tədris Idman Mərkəzi, Gəncə Olimpiya İdman Klubu, Zirə Mədəniyyət Mərkəzi və Sumqayıt Olimpiya İdman Kompleksinin yetirmələri iştirak edir.

Mövzuya görə xəbərlər