Son dəqiqə

Azərbaycan qızıl gümüş gimnastika Ümumdünya Yay Universiadası

Azərbaycan idmançıları bu gün Ümumdünya Yay Universiadasında beş növ üzrə çıxış edəcəklər

Bakı, TurkicWorld

Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasında bu gün Azərbaycan təmsilçiləri beş idman növündə mübarizə aparacaqlar.

TurkicWorld xəbər verir ki, idmançılarımız stolüstü tennis, taekvondo, üzgüçülük, çimərlik voleybolu və atletika yarışlarında qüvvələrini sınayacaqlar.

Hazırda Azərbaycanın aktivində üç medal var. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası iki qızıl və bir gümüş medal qazanaraq medal sıralamasında ölkəmizə ilk uğurları gətirib.

Yarışlar iyulun sonunadək davam edəcək.

Mövzuya görə xəbərlər