Son dəqiqə

Milli Gimnastika Arenası Azərbaycan Boks Federasiyası

İBA Çempionlar Gecəsi: Azərbaycan boksçuları qələbə qazanıb

Bakı. TurkicWorld

Azərbaycan Boks Federasiyasının 100 illiyi çərçivəsində Milli Gimnastika Arenasında boks üzrə İBA Çempionlar Gecəsinə start verilib.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, tədbir "Natiq" ritm qrupunun çıxışı ilə başlayıb.

Rinqə ilk olaraq Sərxan Əliyev (71 kq) Monqolustan təmsilçisi Monx-Erdene Urançimeq çıxıb. Boksçumuz görüşü qələbə ilə başa vurub.

İBA Çempionlar Gecəsinin ikinci döyüşündə Nicat Hüseynov (51 kq) Con Zuluetanı (Filippin) məğlub edib.

Boksçumuz Məhəmmədrəsul Məcidov (+92 kq) isə Nursultan Amanjolovdan (Qazaxıstan) güclü olub.

Qeyd edək ki, yarışda dünyanın ən güclü boksçularının iştirakı ilə 8 döyüş baş tutacaq. Bu görüşlərin 4-də Azərbaycan idmançıları da təmsil olunur.

Mövzuya görə xəbərlər