Bakı, TurkicWorld
Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 23 yaşadək boksçular arasında Avropa çempionatında çıxışını başa vurub.
Azərbaycan Boks Federasiyasından TurkicWorld-ə verilən məlumata görə, yığma qitənin ən güclülərinin mübarizəsində 3 gümüş və 1 bürünc medal qazanıb.
Komandamızın aktivinə 4-cü mükafatı Murad Allahverdiyev yazdırıb. 80 kiloqram çəkidə çıxış edən boksçu finalda Sezar Yojerlinə (Fransa) məğlub olduğundan Avropa çempionatında fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Ondan öncə Tural Sarıyevlə (48 kiloqram) Nicat Hüseynov (51 kiloqram) da yarışda gümüş medala sahib olub. Marjona Savriyeva (50 kiloqram) isə üçüncü yeri tutub.