Son dəqiqə

Azərbaycan Dubay Azərbaycan Boks Federasiyası BƏƏ Boks

Azərbaycan millisi dünya çempionatında 11 boksçu ilə iştirak edəcək

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Dekabrın 3–13-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində boks üzrə dünya çempionatı keçiriləcək.

TurkicWorld xəbər verir ki, 120-dən çox ölkənin qatılacağı mundialda Azərbaycan millisi də mübarizə aparacaq.

Komandanın baş məşqçisi Ravşan Xocayev yarışda 11 boksçuya şans verəcək. Dünya çempionatında Sübhan Mamedov (48 kq), Nicat Hüseynov (51 kq), Zəlimxan Süleymanov (54 kq), Ümid Rüstəmov (57 kq), Məhəmmədəli Aşurəliyev (60 kq), Maqsud Xasmetov (63,5 kq), Zaur Qəhrəmanov (67 kq), Sərxan Əliyev (70 kq), Səidcəmşid Səfərov (80 kq), Alfonso Dominqes (86 kq) və Məhəmməd Abdullayev (+92 kq) rinqə çıxacaqlar.

Mundialda Fuad Aslanov və Rövşən Qədirov hakimlər arasında təmsil olunacaqlar. Milli komandanın rəhbərliyini isə Azərbaycan Boks Federasiyası İdarə Heyətinin üzvü Rövşən Hüseynov həyata keçirəcək.

Mövzuya görə xəbərlər