Bədii gimnastika üzrə 2-ci "Ocaq" Beynəlxalq Kubokunun final gününə start verilib

Bədii gimnastika üzrə 2-ci "Ocaq" Beynəlxalq Kubokunun final gününə start verilib

Bakı. TurkicWorld:

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci "Ocaq" Beynəlxalq Kubokunun yekun yarış günü başlayıb.

TurkicWorld xəbər verir ki, 10-12 noyabr tarixlərində 2-ci "Ocaq" Beynəlxalq Kuboku keçirilir. Yarışda fərdi proqramda 325 gimnast, qrup hərəkətlərində isə 21 komanda çıxış edir. Ümumilikdə 2-ci "Ocaq" Beynəlxalq Kubokunda 14 ölkədən nümayəndələr iştirak edir.

Bu gün turnirdə 2013, 2012, 2011-ci il təvəllüdlü gimnastlar, eləcə də fərdi proqramda çıxış edən yeniyetmə yaş kateqoriyasında (2008-2010-cu il təvəllüdlü) idmançılar, həmçinin 2016-2017 və 2013-2015-ci il təvəllüdlü idmançıların daxil olduğu qrup hərəkətləri üzrə komandalar iştirak edir.