Gimnastlarımıza əcnəbi mütəxəssislər ustad dərsləri keçib

Gimnastlarımıza əcnəbi mütəxəssislər ustad dərsləri keçib

Bakı. TurkicWorld:

Azərbaycan yığmasının gimnastları üçün ustad dərsləri keçirilib.

İdman.biz xəbər verir ki, məşğələ Milli Gimnastika Arenasında təşkil olunub.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən ölkəmizə dəvət olunmuş mütəxəssislər - Bolqarıstanın "Vassil Levski" Milli İdman Akademiyasının professoru, bədii gimnastika üzrə məşqçi Maria Qateva və Avropa Gimnastikasının akrobatika gimnastikası üzrə Texniki Komitəsinin üzvü, sözügedən akademiyanın məruzəçisi, akrobatika gimnastikası üzrə Avropa çempionatının gümüş mükafatçısı Nikolay İvanov idmançılarımızla öz təcrübələrini bölüşüblər.

İdman.biz