Daxili Qoşunların Qubada yerləşən hərbi hissəsində maarifləndirmə tədbiri keçirilib

Daxili Qoşunların Qubada yerləşən hərbi hissəsində maarifləndirmə tədbiri keçirilib

Bakı. TurkicWorld:

Avqustun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Daxili Qoşunların Qubada yerləşən N saylı hərbi hissəsində “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

TurkicWorld-un məlumatına görə, tədbirdə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Elnur Ağasıyev, şöbənin əməkdaşı Mehman Məmmədov, hərbi hissənin şəxsi heyəti iştirak ediblər.

Çıxışlar zamanı dini radikalizm və ekstremizmin yaranmasının səbəbləri, onların ağır fəsadları barədə ətraflı məlumat verilib. Həmçinin dini radikalizmdən qorunmağın yolları barədə danışılıb.

Sonda Dövlət Komitəsinin sifarişi ilə ərsəyə gəlmiş sənədli film nümayiş etdirilib.